Qaxda iki qonşuya məxsus mal tövlələri yanıb

Qaxda iki qonşuya məxsus mal tövlələri yanıb Qax rayonunda yanğın hadisəsi baş verib.
Hadisə
27 Avqust , 2019 01:05
Qaxda iki qonşuya məxsus mal tövlələri yanıb

Qax rayonunda yanğın hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Zəyəm kəndində qeydə alınıb.

Bələ ki, kənd sakini Ərəstun Balayevə məxsus ümumi sahəsi 164 kv.m və onun qonşusu Bahadır Mirzəyevə məxsus ümumi sahəsi 64 kv.m olan mal tövlələri yanıb.

Hadisə yerinə Qax rayonundan üç , Zaqatala rayonundan bir yanğınsöndürən və şəxsi heyət cəlb olunub.

Yanğın nəticəsində bir-birinə bitişik olan tövlələrdə iki min ədəd ot bağlaması və taxıl yanıb. Yanğın söndürülüb və yaxınlığdakı yeddi yaşayış evi yanğından mühafizə olunub.

Son xəbərlər

Orphus sistemi