​Qaxda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb - FOTO

​Qaxda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb - FOTO Qəza zamanı iki "VAZ 2106" markalı avtomobil toqquşub
Hadisə
13 Dekabr , 2015 15:15
​Qaxda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb - FOTO

Bakı. 13 dekabr. REPORT.AZ/ Qax şəhərinin Natavan küçəsində ağır yol qəzası baş verib.

"Report" xəbər verir ki, iki "VAZ 2106" markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Hadisə nəticəsində yaralanan Qax şəhər sakinləri - avtomobillərdən birinin ("34-BD-293" qeydiyyat nişanlı) sürücüsü, 1993-cü il təvəllüdlü Züliyev Ramazan İlqar oğlu, taksi xidməti ilə məşğul olan digər avtomobilin ("34-BB-512" qeydiyyat nişanlı) sürücüsü, 1955-ci il təvəllüdlü Əhmədov Məmməd Qədir oğlu, onun sərnişinləri - 1968-ci il təvəllüdlü Rəcəbova Ceyran və 1971-ci ci il təvəllüdlü Məmmədova Həyat Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə Qax rayon Dövlət Yanğından Mühafizə Xidmətinin bir yanğınsöndürən maşını cəlb olunub.

Faktla bağlı Qax rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi