Qaxda güclü külək 5 kəndi işıqsız qoyub - FOTO

Qaxda güclü külək 5 kəndi işıqsız qoyub - FOTO Qax rayonunda güclü külək irigövdəli ağacları aşırıb.
Hadisə
25 May , 2019 21:04
Qaxda güclü külək 5 kəndi işıqsız qoyub - FOTO

Qax rayonunda güclü külək irigövdəli ağacları aşırıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarında əsən güclü külək nəticəsində irigövdəli ağaclar aşaraq elektrik naqillərini qırıb.

Nəticədə rayonun Qorağan, Zəyəm, Lələli, Tasmalı və Turaclı kəndlərində elektrik enerjisi kəsilib.

Qax Elektrik Şəbəkədən "Report"a verilən məlumata görə, hazırda əraziyə şəbəkənin əməkdaşları cəlb olunub, fəsadların aradan qaldırılaraq adıçəkilən kəndlərə elektrik enerjisinin verilməsi üçün iş aparılır.

Son xəbərlər

Orphus sistemi