Qaxda gənclər qəza törədib, yaralılar var - YENİLƏNİB

Qaxda gənclər qəza törədib, yaralılar var - YENİLƏNİB Qax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
26 İyun , 2019 08:34
Qaxda gənclər qəza törədib, yaralılar var - YENİLƏNİB
Report

Qax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un yerli bürosu xəbər veri ki, rayon sakinləri - 18 yaşlı Eldar Vüqar oğlu Paşayev, 19 yaşlı Ülfət Teymur oğlu Əhmədzadə və 18 yaşlı Emil Araz oğlu Xəlilli ağır bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Məlumata görə, onların hər üçünün vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.


*** 07:11

Qax rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, gecə saatlarında Qax-İlisu avtomobil yolunda hərəkət edən minik avtomobili ağaca çırpılıb və nəticədə 3 nəfər xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar "təcili yardım" maşınları ilə xəstəxanaya çatdırılıb.

Son xəbərlər

Orphus sistemi