Qaxda fərdi yaşayış evi yandı - VİDEO - YENİLƏNİB

Qaxda fərdi yaşayış evi yandı - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
347
14 Mart , 2020 15:01
Qaxda fərdi yaşayış evi yandı - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


*** 08:46

Qax rayonunda yanğın hadisəsi olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında şəhərin H.Əliyev prospekti döngə 1, ev 5 ünvanında, Sabiddin Muradova məxsus ümumi sahəsi 140 kvadratmetr olan fərdi yaşayış evində baş verib.

Yanğın zamanı ikiotaqlı evin 1 otağı və eyvanı içərisindəki əşyalarla birlikdə tamamilə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qax rayon yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Evin bir otağı və yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi