​Qaxda əsas və ara küçələr qar və buz qatından təmizlənib - FOTO

​Qaxda əsas və ara küçələr qar və buz qatından təmizlənib - FOTO Avtomobillərin hərəkəti bərpa olunub
Hadisə
5 Yanvar , 2016 07:53
​Qaxda əsas və ara küçələr qar və buz qatından təmizlənib - FOTO

Bakı. 5 yanvar. REPORT.AZ/ Qax şəhərində dekabrın 31-dən etibarən 2 gün ərzində yağan qarın yaratdığı çətinliklər aradan qaldırılır. Küçələrə qar və buz təmizləyən texnikalar cəlb olunub.

Qax Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Elbrus Tağıyevin "Report"a verdiyi məlumata görə, şəhərin Heydər Əliyev prospekti, İmam Mustafayev, Azərbaycan və Vaqif Eyvazov küçələri, həmçinin şəhərin ara küçələri qalın buz qatından təmizlənib, avtomobillərin hərəkəti bərpa olunub.

Məlumata görə, ilk öncə buzun qalın hissələri asfalt örtüyündən ayırılıb, ardınca yumşalmış hissələrə qum və duz tökülüb, daha sonra isə buz qatı yollardan təmizlənib.

Qeyd edək ki, Qax rayonuna yağan qarın qalınlığı mərkəzdə 70 sm, dağ kəndlərində isə 1 metr 20 santimetrə çatıb. Ötən gün şəhərdə havanın temperaturu -15 dərəcəyə düşüb.

Son xəbərlər

Orphus sistemi