Qaxda ərzaq mağazasından oğurluq olub - FOTO

Qaxda ərzaq mağazasından oğurluq olub - FOTO Dükan sahibinə min manatdan yuxarı ziyan dəyib
Hadisə
13 Sentyabr , 2015 23:09
Qaxda ərzaq mağazasından oğurluq olub - FOTO

Bakı. 13 sentyabr. REPORT.AZ/ Qax şəhərində yerləşən ərzaq mağazalarının birindən oğurluq hadisəsi baş verib. "Report" xəbər verir ki, Qax şəhər sakini 54 yaşlı Fikrət Abdurazak oğlu Heydərov polis şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus ərzaq dükanından gecə satlarında oğurluq olunduğunu bildirib.

Mağaza sahibi "Report" a bildirib ki, gecə saat 24.00 radələrində mağazanı bağlayıb evə gedib. Səhər gəldikdə isə qapını sınmış və içərinin alt-üst olduğunu görüb. O, qeyd edib ki, oğru və yaxud oğrular şəhərin mərkəzi küçələrindən birində yerləşən dükanına asanlıqla giriblər. Qapının qıfılı dəmir alətlə sındırılıb, 800 manat dəyərində tütün məmulatları siqaret,14-15 ədəd broyler toyuqları və digər ət məhsullarını aparılıb. Ümumilikdə mağaza sahibinə 1000 manatdan yuxarı ziyan dəyib.

Faktla bağlı Qax rayon polis şöbəsində oğurluq edən şəxs və yaxud şəxslərin tutulması istiqamətində işlər aparılır.

Son xəbərlər

Orphus sistemi