Qax Elektrik Şəbəkəsinin əməkdaşı ağacdan yıxılaraq ağır xəsarət alıb

Qax Elektrik Şəbəkəsinin əməkdaşı ağacdan yıxılaraq ağır xəsarət alıb Onun qolu sınıb, baş nahiyəsinə tikiş qoyulub
Hadisə
15 İyun , 2017 12:59
Qax Elektrik Şəbəkəsinin əməkdaşı ağacdan yıxılaraq ağır xəsarət alıb

Qax. 15 iyun. REPORT.AZ/ Qax sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

"Report" un Şimal-qərb bürosunun məlumatına görə, Qax şəhər sakini Abid Musa oğlu Soltanəliyev yaşadığı evin həyətində gilas yığarkən, ağacdan yıxılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan A.Soltanəliyev Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Xəstəxanadan bildirilib ki, onun qolu sınıb, baş nahiyəsinə tikiş qoyulub, hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, A.Soltanəliyev Qax Elektrik Şəbəkəsinin əməkdaşıdır. 

Son xəbərlər

Orphus sistemi