Qaxda dərs zamanı halı pisləşən müəllim dünyasını dəyişib

Qaxda dərs zamanı halı pisləşən müəllim dünyasını dəyişib Faktla baglı araşdırma aparılır
Hadisə
11 May , 2017 16:22
Qaxda dərs zamanı halı pisləşən müəllim dünyasını dəyişib

Qax. 11 may. REPORT.AZ/ Qax rayonunda dərs zamanı halı pisləşən müəllim dünyasını dəyişib

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, Qax rayonu Turaclı kəndindən olan 1966-cı il təvəllüdlü Gülxar Nadir qızı Babayevanın məktəbdə dərs zamanı halı pisləşib. Onu təcili yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Ancaq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 51 yaşlı müəllim təqribən bir saatdan sonra dünyasını dəyişib.

Faktla baglı araşdırma aparılır.

Qeyd edək ki, bu gündən etibarən Qax Olimpiya İdman Kompleksində Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilir. G.Babayeva da beş gün müddətində 12 mindən çox müəllimin qatılacağı qiymətləndirmədə iki gün sonra iştirak etməliymiş. 

Son xəbərlər

Orphus sistemi