Qaxda dağlıq ərazidə yıxılan çoban ölüb

Qaxda dağlıq ərazidə yıxılan çoban ölüb Qax. 15 sentyabr. REPORT.AZ/ Qaxda çoban yüksək dağlıq ərazidə yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə
15 Sentyabr , 2018 14:44
Qaxda dağlıq ərazidə yıxılan çoban ölüb

Qax. 15 sentyabr. REPORT.AZ/ Qaxda çoban yüksək dağlıq ərazidə yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

“Report”un məlumatına görə, hadisə ötən gün Böyük Qafqaz dağlarının rayonun İlusu kəndi yaxınlığından keçən hissəsində mürrəkkəb relyefli yüksək dağ massivində baş verib.

Çobanlıqla məşğul olan Qax şəhər sakini Radiq Eldar oğlu Əsgərov ərazidə yıxılaraq aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

R.Əsgərovun meyiti ərazidən FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi və Aviasiya dəstəsinin "Mi-17" helikopteri tərəfindən götürülüb.

Məlumata görə, R.Əsgərov ötən gün İlisu kəndində olub. O, dağa geri qayıdarkən İlisu ərazisində spirtli içki içib və hadisə baş verən zaman sərxoş olub. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi