Qaxda bəzi yerlərdə qarın qalınlığı 90 sm-ə çatıb - FOTO

Qaxda bəzi yerlərdə qarın qalınlığı 90 sm-ə çatıb - FOTO Dağ kəndlərinə gedən yollarda avtomobillərin hərəkəti tam təmin olunub
Hadisə
28 Yanvar , 2017 15:59
Qaxda bəzi yerlərdə qarın qalınlığı 90 sm-ə çatıb - FOTO

Qax. 28 yanvar. REPORT.AZ/ Qax rayonunda dağ kəndlərinə gedən yollar qardan təmizlənir.

"Report"un Şimal-qərb bürosunun verdiyi məlumata görə, dünən səhər saatlarından etibarən Qax-İlisu-Sarıbaş, Qax-Şəki, Qax-Qaşqaçay-Armudlu, Qax-Ləkit-Kötüklü, Qax-Qorağan-Zaqatala yollarında hərəkət məhdudlaşıb. İntensiv yağan qar nəticəsində Qax-İlisu-Sarıbaş yolunun bəzi yerlərində qar uçqunu baş verib. Gecə saatlarından "Azəravtoyol" ASC tərəfindən həmin ərazilərə texnikalar cəlb olunub. Hazırda həmin yollarda avtomobillərin hərəkəti tam təmin olunub.

Qaxın İlisu kəndində qarın qalınlığı 50-60, Sarıbaş kəndində isə 80-90 santimetrdir. 

Son xəbərlər

Orphus sistemi