Qaxda baş verən qəzada avtomobil yandı

Qaxda baş verən qəzada avtomobil yandı Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
9 Avqust , 2020 09:35
Qaxda baş verən qəzada avtomobil yandı

Video əlavə olunub

03:38

Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun, Qax rayonu Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zaqatala rayon sakini, 1998-ci il təvəllüdlü Əliyev Zahid Davud oğlunun idarə etdiyi “VAZ-2109” markalı avtomobillə, Şəki rayon sakini, 1993-cü il təvəllüdlü Orxan Qasımzadənin sükanı arxasında olduğu “Mercedes” markalı yük avtomobili toqquşub.

Qəzadan sonra ağaca və yol nişanına çırpılan “VAZ” markalı avtomobil yol kənarına aşaraq yanıb. Hadisə yerinə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub. Avtomobil yanaraq yararsız vəziyyətə düşüb.

Qəza zamanı yük avtomobilinin sürücüsü və sərnişini xəsarət almasa da, “VAZ”ın sürücüsü aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti yüngül olduğu üçün ona ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi