Qaxda azyaşlının pilləkəndən yıxılması nəticəsində başına daş kəsəyi girib

Qaxda azyaşlının pilləkəndən yıxılması nəticəsində başına daş kəsəyi girib Qax. 19 sentyabr. REPORT.AZ/ Qax rayonunda azyaşlı pilləkəndən yıxılaraq ağır xəsarət alıb.
Hadisə
19 Sentyabr , 2018 13:59
Qaxda azyaşlının pilləkəndən yıxılması nəticəsində başına daş kəsəyi girib
0 : 00
0 : 00

Qax. 19 sentyabr. REPORT.AZ/ Qax rayonunda azyaşlı pilləkəndən yıxılaraq ağır xəsarət alıb.

“Report”un Şimal-qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Qorağan kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini, 2017-ci il təvəllüdlü Nurgün Vüsal qızı Babazadə yaşadığı evdə pilləkəndən yıxılaraq başı daşa dəyib. Azyaşlı kəllə-beyin travması ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müayinə zamanı onun alın hissəsinə daş kəsəyi girdiyi məlum olub. N.Babazadəyə xəstəxanada lazımi tibbi yardım göstərilib. Onun vəziyyəti ağır olduğundan müalicəsinin davam etdirilməsi üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. 

Son xəbərlər

Orphus sistemi