Video əlavə olunub
*** 17:25
Qax rayonunda avtomobil yanıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bugün rayonun Fısdıqlı kəndində baş verib.
Belə ki, kənd sakini, 1954-cü il təvəllüdlü Məhəmməd Şükür oğlu Sadıqova məxsus 34-BC-322 dövlət qeydiyyat nişanlı "QAZ-24" markalı xırdatutumlu yük avtomobili hərəkətdə olarkən anidən alışıb.
Hadisə yerinə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində avtomobilin mühərrik və salonu yanaraq yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.

