Qaxda avtomobil tərəfindən vurulan 76 yaşlı qoca ölüb - YENİLƏNİB

Qaxda avtomobil tərəfindən vurulan 76 yaşlı qoca ölüb - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
4 noyabr 2017 21:30
Qaxda avtomobil tərəfindən vurulan 76 yaşlı qoca ölüb - YENİLƏNİB
Foto: Report.az

Qax. 5 noyabr. REPORT.AZ/ Qax rayonunda baş vermiş yol nəqliyyat hadisəsində xəsarət almış piyada ölüb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı ağır xəsarət almış rayon sakini, 1941-ci il təvəllüdlü Kamil Əfəndi oğlu Xəlilov həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.  

Qeyd edək ki. hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Camalov Nüsrət Kamil oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçmək istəyən K. Xəlilovu vurub. 

Faktla bağlı araşdırma aparılır. 


***17:17 

Qax rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, qəza şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "VAZ-2107"  markalı avtomobil yolu keçmək istəyən 1941-ci il təvəllüdlü Kamil Əfəndi oğlu Xəlilovu vurub.

Yaralı dərhal Qax Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi