Qaxda avtomobil piyadanı vurub

Qaxda avtomobil piyadanı vurub Qax rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
13 oktyabr 2019 17:07
Qaxda avtomobil piyadanı vurub

Qax rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Heydər Əliyev prospektində qeydə alınıb.

Rayonun Qaxingiloy kənd sakini, 34 yaşlı Valeri Rastyaşvili minik avtomobili tərəfindən vurulub. Müxtəlif dərəcəli xəsarətlər alan V.Rastyaşvili Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilkin tibbi yardım göstərilib. Yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi