Bu gün axşam saatlarında Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Qax sakini Məmmədəli Soltanov yolu keçmək istəyərkən onu avtomobil vurub.
Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına aparıldıqdan bir qədər sonra dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.