Qaxda arvadı ilə mübahisə edən ər xəsarət alıb

Qaxda arvadı ilə mübahisə edən ər xəsarət alıb Qax rayonunda həyat yoldaşı ilə mübahisə edən kişi xəsarət alıb.
Hadisə
15 Yanvar , 2020 20:48
Qaxda arvadı ilə mübahisə edən ər xəsarət alıb

Qax rayonunda həyat yoldaşı ilə mübahisə edən kişi xəsarət alıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Ləkit kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini, 1985-ci il təvəllüdlü Fərrux Əliyev yaşadığı evdə həyat yoldaşı ilə mübahisə edən zaman xəsarət alıb. Döş qəfəsinin kəsilmiş yarası ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olan F.Əliyevə yardım göstərilib, kəsilmiş yaraya tikiş qoyulub və ambulator müayinə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi