Qaxda ağır qəza olub, nənə və 9 yaşlı nəvəsi xəsarət alıb - YENİLƏNİB

Qaxda ağır qəza olub, nənə və 9 yaşlı nəvəsi xəsarət alıb - YENİLƏNİB Qax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanşəxslərin adları məlum olub.
Hadisə
17 Sentyabr , 2019 01:31
Qaxda ağır qəza olub, nənə və 9 yaşlı nəvəsi xəsarət alıb - YENİLƏNİB

Qax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanşəxslərin adları məlum olub.

“Report"un Şimal-qərb bürosunun məlumatına görə, qəza nəticəsində "VAZ"da olan sürücünün anası, 51 yaşlı Bəsti Osmanova və onun nəvəsi 9 yaşlı Nurlan Osmanlı müxtəlif bədən xəsarətləri alıblar. Onlar Qax rayon Mərkəzi Xəstəxanasına aparılıblar. 

Faktla bağlı araşdırma aparılır.


*** 00:23

Qax rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report"un Şimal-qərb bürosunun məlumatına görə, qəza axşam saatlarında Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, rayon sakininin idarə etdiyi “TT-348-HH” Gürcüstan dövlət qeydiyyat nişanlı "Mercedes"markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan Qax rayon sakini Elvin Osmanovun idarə etdiyi “VAZ-21099" markalı avtomobili arxadan vurub. Qəza zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir. Yaralılar "təcili yardım" avtomobilləri ilə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanalarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. 

Son xəbərlər

Orphus sistemi