Qax. 4 may. REPORT.AZ/ Qax rayonunda bədbəxt hadisə nəticəsində 85 yaşlı kişi ciddi xəsarət alıb.
“Report”un Şimal-Qərb bürosu xəbər verir ki, 1932-ci il təvəllüdlü Marsan kənd sakini Ömərov Zakir Ömər oğlu at arabasından yerə yıxılıb.
Hadisə kişi bağdan evə qayıdan zaman baş verib. Kənd sakinlərinin köməkliyi ilə o, Qax Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti orta-ağırdır. Ona kəllə nayihəsinin kəsilmiş-cırılmış diaqnozu qoyulub.