Qaxda 7 avtomobil toqquşub, xəsarət alan var - FOTO

Qaxda 7 avtomobil toqquşub, xəsarət alan var - FOTO Qax rayonunda zəncirvari yol qəzası baş verib.
Hadisə
139
14 Oktyabr , 2019 20:11
Qaxda 7 avtomobil toqquşub, xəsarət alan var - FOTO
Report

Qax rayonunda zəncirvari yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun rayonun Süskənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 5 minik avtomobili və 2 yük maşını toqquşub. Qəza zamanı yük avtomobillərindən birinin sürücüsü, 31 yaşlı Ceyhun Xanəli oğlu Zeynalov xəsarət alıb. Yaralı xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi