Qaxda 61 yaşlı kişini avtomobil vurub

Qaxda 61 yaşlı kişini avtomobil vurub Qax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
115
14 Noyabr , 2021 03:11
Qaxda 61 yaşlı kişini avtomobil vurub

Qax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 1960-cı il təvəllüdlü Muradov Şakir Müzəffər oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona sirkə kasasının sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi