​Qaxda 57 yaşlı qadını ilan sancıb, vəziyyəti ağırdır

​Qaxda 57 yaşlı qadını ilan sancıb, vəziyyəti ağırdır Şəhər sakini Reanimasiya şöbəsinə yerləşdirilib
Hadisə
216
28 May , 2015 23:25
​Qaxda 57 yaşlı qadını ilan sancıb, vəziyyəti ağırdır

Bakı. 28 may. REPORT.AZ/ Bu gün Qaxda ilanvurma hadisəsi baş verib.

"Report" xəbər verir ki, Qax şəhəri, Cəfər Cabbarlı küçəsində yaşayan 1958-ci il təvəllüdlü Gülmira Qasım qızı Xinqalova axşam saat 18:00 radələrində rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Hadisə 57 yaşlı şəhər sakini ot sahəsində işləyərkən baş verib.

Hazırda zərərçəkən xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Son xəbərlər

Orphus sistemi