Qaxda 57 yaşlı piyadanı avtomobil vurdu - FOTO - VİDEO - YENİLƏNİB

Qaxda 57 yaşlı piyadanı avtomobil vurdu - FOTO - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
14 Mart , 2020 15:11
Qaxda 57 yaşlı piyadanı avtomobil vurdu - FOTO - VİDEO - YENİLƏNİB
Report

Video əlavə olunub


*** 09:39

Qax rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, qəza bu gün səhər saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "Ford" markalı avtomobil Qax rayon sakini, 1963-cü il təvəllüdlü Arif Şahid oğlu Abdullayevi vurub.

Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 57 yaşlı A.Abdullayevin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi