Yuxarı
    Bağlamaq

    Qaxda 47 yaşlı qadını maşın vurub - FOTO

    Faktla bağlı araşdırmalara başlanılıb

    Qax. 7 noyabr. REPORT.AZ / Qax rayonunda 47 yaşlı qadını avtomobil vurub. 

    "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Qax şəhəri H.Əliyev prospektində baş verib.

    Belə ki, 21 yaşlı Orxan Eyvaz oğlu Məmmədli idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən 1969-cu il təvəllüdlü Sədaqət Həzrət qızı Hacıyevanı vurub.

    Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan S.Hacıyeva Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb. Xəstəxanadan bildirilib ki, tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti orta-ağır olaraq qalır.

    Faktla bağlı araşdırmalara başlanılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi