Qaxda 3 tona yaxın narkotik bitki məhv edilib

Qaxda 3 tona yaxın narkotik bitki məhv edilib Qax rayonunda 3 tona yaxın narkotik bitkilər məhv edilib.
Hadisə
8 İyun , 2019 10:58
Qaxda 3 tona yaxın narkotik bitki məhv edilib

Qax rayonunda 3 tona yaxın narkotik bitkilər məhv edilib.

Bu barədə "Report"un Şimal-qərb bürosuna Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış və profilaktiki tədbirlər zamanı rayonun Qaşqaçay və Fıstıqlı kəndləri ərazisində yabanı halda bitmiş çətənə bitkiləri aşkar edilib. 

Ümumi çəkisi 3 tona yaxın olan 5350 ədəd həmin narkotik tərkibli bitkilər polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq yandırılma üsulu ilə məhv edilib.

Son xəbərlər

Orphus sistemi