Qaxda 3 avtomobil toqquşdu, xəsarət alanlar var

Qaxda 3 avtomobil toqquşdu, xəsarət alanlar var Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
100
18 Fevral , 2020 10:21
Qaxda 3 avtomobil toqquşdu, xəsarət alanlar var
stock.adobe.com

Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Natəvan küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, üç avtomobilin toqquşması nəticəsində 3 nəfər Qax sakini - 1990-cı il təvəllüdlü İmran Süleymanov, 1985-ci il təvəllüdlü Elnur ZəkiyevRövşən Davudov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi