Qaxda 25 yaşlı gənc özünü nar ağacından asıb

Qaxda 25 yaşlı gənc özünü nar ağacından asıb Faktla bağlı Qax Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır
Hadisə
16 Avqust , 2016 21:02
Qaxda 25 yaşlı gənc özünü nar ağacından asıb

Qax. 16 avqust. REPORT.AZ/ Qax rayonunda 25 yaşlı gənc intihar edib. 

"Report"un Şimal-Qərb bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayon mərkəzində baş verib. 

Belə ki, rayonun Amanlı kənd sakini, 1991-ci il təvəllüdlü Şahin Yusif oğlu Məmmədli kirayə yaşadığı Qax şəhəri, Molla Pənah Vaqif küçəsi, ev 23 ünvanında özünü nar ağacından asıb. 

Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb, araşdırma aparılır.  

Məlumata görə, Ş.Məmmədli ailəlidir və onun həyat yoldaşı artıq 1 aydır ki, onu tərk edərək evdən gedib.

Son xəbərlər

Orphus sistemi