Qaxda 25 yaşlı gənc çaya yıxılaraq ölüb - FOTO

Qaxda 25 yaşlı gənc çaya yıxılaraq ölüb - FOTO Səxavət Mikayılovun meyiti Qum çayının kəndin ərazisindən keçən hissəsində tapılıb
Hadisə
7 May , 2017 23:11
Qaxda 25 yaşlı gənc çaya yıxılaraq ölüb - FOTO
Report.az

Qax. 7 may. REPORT.AZ/ Qax rayonunda 25 yaşlı gənc çaya yıxılaraq ölüb

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında, rayonun Qum kəndində baş verib.

Belə ki, 25 yaşlı Qum kənd sakini Səxavət Mikayılovun meyiti Qum çayının kəndin ərazisindən keçən hissəsində həmkəndliləri tərəfindən tapılıb.

Məlum olub ki, Səxavət Mikayılov ailəsinə məxsus torpaq sahəsinə tərəvəz şitillərini əkmək üçün Qum çayına gedərək suyu öz əkin sahələrinə yönləndirmək istəyib. Bu zaman o, ehtiyatsızlıqdan suya yıxılıb və başı çaydakı daşa dəyib. Huşsuz vəziyyətdə olan gənc boğularaq ölüb.

Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi