Qaxda 2 avtomobil toqquşdu, xəsarət alanlar var

Qaxda 2 avtomobil toqquşdu, xəsarət alanlar var Qaxda yol qəzası olub.
Hadisə
12 Mart , 2020 21:57
Qaxda 2 avtomobil toqquşdu, xəsarət alanlar var

Qaxda yol qəzası olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində baş verib.

Belə ki, hərəkətdə olan "VAZ" və "KİA" markalı avtomobillərin toqquşması nəticəsində Qax rayon sakini, 1988-ci il təvəllüdlü Vaqif Çingiz oğlu Heydərov və 1995-ci il təvəllüdlü Şövkət Murad oğlu Şahvələdov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi