Qaxda avtomobil evin qapısına çırpılıb - VİDEO

Qaxda avtomobil evin qapısına çırpılıb - VİDEO Qax şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
8 Noyabr , 2019 23:48
Qaxda avtomobil evin qapısına çırpılıb - VİDEO

Qax şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “99-HB-092” dövlət qeydiyyat nişanlı “BMV” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında yerləşən həyətlərdən birinin qapısına çırpılıb.

Nəticədə avtomobildə olan sərnişinlərdən biri, Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Nicat Rəsul oğlu Kərimov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəza zamanı həyətin qapısı yararsız vəziyyətə düşüb. 

Başından xəsarət alan 17 yaşlı gəncə ilkin tibbi yardım göstərilib və ambulator müalicə almaq şərtilə evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi