Qax. 10 mart. REPORT.AZ/ Bu gün axşam saatlarında Qax rayonuna dolu yağıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, şəhər mərkəzinə yağan dolu qış fəslinə xas olmayan göy gurultusu və şimşək çaxması ilə müşahidə olunub.
Sakinlərin sözlərinə görə, dolu təqribən 3 dəqiqə yağıb.
Təsərrüfata dəyən ziyan barədə məlumat yoxdur.