​Qax sakinini ildırım vurub - YENİLƏNİB

​Qax sakinini ildırım vurub - YENİLƏNİB Hadisə rayonun Zəyəm kəndində baş verib
Hadisə
28 May , 2015 21:54
​Qax sakinini ildırım vurub - YENİLƏNİB

Bakı. 28 may. REPORT.AZ/ Qaxda ildırım vuran şəxsin kimliyi müəyyənləşib. Bu 1989-cu il təvəllüdlü Nurlu Səməndər qızı Surxayevadır.

Zərərçəkmişin atasının "Report"a verdiyi məlumata görə, hadisə qızı Nurlu mətbəxdə qab yuyarkən baş verib. Onun sözlərinə görə, bu zaman qızına zəng gəlib və o, qışqıraraq eyvana qaçıb.

O, hazırda Qax rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsindədir.

İlkin məlumat 21:22-də dərc olunub

Azərbaycanın Qax rayonunda ildırım vurması hadisəsi baş verib.

"Report" xəbər verir ki, rayonun Zəyəm kənd sakinini ildırım vurub.

Hadisə ilə əlaqədar olaraq Qax Mərkəzi Tibbi Yardım Stansiyasının əməkdaşları hadisə yerinə yollanıblar.

Qeyd edək ki, hazırda rayon ərazisində göy gurultusu ilə müşayiət olunan leysan xarakterli yağış yağır.

Hadisə ilə bağlı ətraflı məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi