Qax sakinini ilan sancıb

Qax sakinini ilan sancıb İlham Qasımovun yerdən götürdüyü daşın altından çıxan ilan onun sağ əlini sancıb
Hadisə
21 İyul , 2015 00:06
Qax sakinini ilan sancıb

Bakı. 21 iyul. REPORT.AZ / Bu gün axşam Qax rayonunda ilansancma hadisəsi baş verib.

"Report"un məlumatına görə, Qax şəhərinin İçəri Bazar küçəsinin sakini 1974-cü il təvəllüdlü İlham Abdulrəhman oğlu Qasımov rayon ərazisində ailəsinə məxsus əkin sahəsini sulayarkən yerdən götürdüyü daşın altından çıxan ilan onun sağ əlinin barmağını sancıb.

İ.Qasımov dərhal Qax rayon mərkəzi xəsətəxanasına çatdırılıb. İlan zəhəri əleyhinə zərdab vurulduqdan sonra o, xəsəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda vəziyyəti orta stabildir.

Qeyd edək ki, bu yay respublikanın şimal-qərb regionunda 20-dən çox ilan sancma hadisəsi qeydə alınıb. Bir şəxs dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi