Qax sakini özünün 3 otaqlı evini yandırıb

Qax sakini özünün 3 otaqlı evini yandırıb Qaxda yanğın hadisəsi olub.
Hadisə
243
29 May , 2021 02:57
Qax sakini özünün 3 otaqlı evini yandırıb

Qaxda yanğın hadisəsi törədilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında şəhərin Hürü Tağıyeva küçəsi, ev 37 ünvanında qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Ramin Qubad oğlu Abdullayevə məxsus ümumi sahəsi 81 kv/m olan kürsülü 1 mərtəbəli 3 otaqlı evin yanar konsturuksiyaları və əşyaları birlikdə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

İlkin ehtimallara görə, yanğını ev sahibi 42 yaşlı Ramin Abdullayev özü törədib. Hadisə yerinə Qax Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub. Yanğının əsl səbəbi aparılacaq araşdırmalardan sonra məlum olacaq.

Son xəbərlər

Orphus sistemi