​Qax sakini naməlum şəxslər tərəfindən bıçaqlanıb -FOTO - YENİLƏNİB

​Qax sakini naməlum şəxslər tərəfindən bıçaqlanıb -FOTO - YENİLƏNİB O, iki ayağından və bir qolundan xəsarət alıb
Hadisə
26 Aprel , 2016 21:04
​Qax sakini naməlum şəxslər tərəfindən bıçaqlanıb -FOTO - YENİLƏNİB

Bakı. 26 aprel. REPORT.AZ/Qax rayonu Turaclı kənd sakini, 1988-ci il təvəllüdlü Rüstəm Yasin oğlu Ələkbərov naməlum şəxslərin hücumuna məruz qalıb.  "Report"un məlumatına görə, o, Əlibəyli kəndində tanımadığı şəxslər tərəfindən döyülüb və iki ayağından, bir qolundan bıçaq zərbələri alıb. .

Xəsarət alan şəxsin sözlərinə görə, qarşıdurma benzin üstündə olub. O, Turaclı kəndindən Əlibəyli kəndinə gedərkən tanımadığı şəxslər onun avtomobilini saxlayaraq ondan benzin istəyiblər. Rüstəm Ələkbərov avtomobilində benzinin olmadığını deyəndən sonra naməlum şəxslər ona hücum ediblər. 

Yaralının vəziyyəti orta-stabildir. 

Qax rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdrilir.   

***22:04

Qax rayonu Turaclı kənd sakini, 1988-ci il təvəllüdlü Rüstəm Yasin oğlu Ələkbərov naməlum şəxs tərəfindən bıçaqlanıb. "Report"un məlumatına görə, hadisə bu gün saat 21 radələrində baş verib.

Rüstəm Ələkbərov Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi