Qax sakini laqonda ilə barmaqlarını kəsib

Qax sakini laqonda ilə barmaqlarını kəsib Hadisə dəyirmanda dən üyüdən zaman baş verib
Hadisə
4 May , 2017 22:18
Qax sakini laqonda ilə barmaqlarını kəsib

Qax. 4 may. REPORT.AZ/ Qax rayon Baydarlı kənd sakini ehtiyatsızlıqdan əl barmaqlarını kəsib.

“Report”un Şimal-Qərb bürosu xəbər verir ki, hadisə 1979-cu il təvəllüdlü Məmmədov Rasim Amin oğlu evdə kustar üsulla düzəltdiyi kiçik dəyirmanda dən üyüdərkən baş verib. Bu zaman o, sol əlinin üç barmağını laqonda ilə kəsib.

Yaralı dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, ona lazımi yardım göstərilib, hazırda vəziyyəti kafidir.

Son xəbərlər

Orphus sistemi