Qax sakini evini yandırıb

Qax sakini evini yandırıb Qax rayonunda yanğın hadisəsi baş verib.
Hadisə
31 Avqust , 2020 22:51
Qax sakini evini yandırıb

Qax rayonunda yanğın hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Uzuntala kəndində qeydə alınıb.

Həmin kəndin sakini Kərimov Cuma Aydın oğlu ailəsi ilə birgə yaşadığı evi yandıraraq hadisə yerindən uzaqlaşıb.

Yanğın yerinə Fövqaladə Hallar Nazirliyinin Qax rayon Dövlət Yanğından Mühafizə hissəsinin bir yanğınsöndürən maşın və şəxsi heyəti cəlb olunub.

Yanğın zamanı 60 kv/m-lik, iki otaq və bir hamamdan ibarət olan yerdən tikilmiş ev içərisindəki əşyalarla birlikdə tamamilə yanıb. Hadisəni törədən ev sahibi C.Kərimov evi yandırdıqdan sonra ərazidən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi