Qatı tüstü Şəkidə avtomobillərin hərəkətinə mane olur - FOTO - VİDEO

Qatı tüstü Şəkidə avtomobillərin hərəkətinə mane olur - FOTO - VİDEO Şəki-Qax avtomobil yolunun kənarlarında güclü yanğın başlayıb.
Hadisə
24 Fevral , 2020 15:46
Qatı tüstü Şəkidə avtomobillərin hərəkətinə mane olur - FOTO - VİDEO
0 : 00
0 : 00

Şəki-Qax avtomobil yolunun kənarlarında güclü yanğın başlayıb. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki rayonunun Aşağı Göynük və İnçə kəndləri yaxınlığında, kol-kos ərazilərdə baş verib.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Yanğın nəticəsində havanı qatı tüstü bürüyüb və bu da avtomobillərin hərəkətində çətinlik yaradır.

Son xəbərlər

Orphus sistemi