Qatı duman Cəlilabadda yol qəzasına səbəb olub, 5 nəfər xəsarət alıb - YENİLƏNİB

Qatı duman Cəlilabadda yol qəzasına səbəb olub, 5 nəfər xəsarət alıb - YENİLƏNİB Cəlilabad. 26 fevral. REPORT.AZ/ Cəlilabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların adı məlum olub.
Hadisə
26 Fevral , 2018 12:07
Qatı duman Cəlilabadda yol qəzasına səbəb olub, 5 nəfər xəsarət alıb - YENİLƏNİB
Report

Cəlilabad. 26 fevral. REPORT.AZ/ Cəlilabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların adı məlum olub.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə nəticəsində Masallı rayon sakinləri  - 1987-ci il Qədir Akif oğlu Nəsirov, 1991-ci il Nicat Höccət oğlu Manafov, 1989-cu il Şəlalə Mamed qızı Manafova, 1967-ci il Əli Xanlar oğlu Əliyev, 1970-ci il Dürdanə Həsənbala qızı Manafova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 


***11:48

Cəlilabad. 26 fevral. REPORT.AZ/ Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilir.

İlkin məlumata görə, qəzaya dumanlı hava şəraiti səbəb olub.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi