Şamaxıda qarşısına it çıxan avtomobil qəza törədib, sərnişin ölüb

Şamaxıda qarşısına it çıxan avtomobil qəza törədib, sərnişin ölüb Şahmar Sadəddinov yolun hərəkət hissəsinə düşərək hadisə yerindəcə dünyasını dəyişib
Hadisə
20 İyul , 2015 12:42
Şamaxıda qarşısına it çıxan avtomobil qəza törədib, sərnişin ölüb

Bakı. 20 iyul. REPORT.AZ/ Şamaxıda avtomobil yoldan çıxaraq dəmir məhəccərə çırpılıb. "Report" xəbər verir ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, Şamaxı şəhəri ərazisində baş verən hadisə nəticəsində bir nəfər ölüb.

Belə ki, "VAZ 21014" markalı minik avtomobili hərəkətdə olarkən qarşısına it çıxıb və sürücü idarəetməni itirib, nəticədə maşın yolun kənarındakı dəmir məhəccərə çırpılıb. Qəza nəticəsində avtomobilin arxa qapısı açılıb və sərnişin, Oğuz rayon sakini 26 yaşlı Şahmar Sadəddinov yolun hərəkət hissəsinə düşərək hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi