Qarlı-şaxtalı hava Salyan rayonunda bir sıra fəsadlar yaradıb - FOTO

Qarlı-şaxtalı hava Salyan rayonunda bir sıra fəsadlar yaradıb - FOTO Sakinlər beş saat işıqsız qalıb
Hadisə
27 Yanvar , 2016 10:33
Qarlı-şaxtalı hava Salyan rayonunda bir sıra fəsadlar yaradıb - FOTO

Bakı. 27 yanvar. REPORT. AZ / Qarlı-şaxtalı hava Salyan rayonunda bir sıra fəsadlar yaradıb. "Report" xəbər verir ki, ötən gündən başlayaraq Salyanda yağan qarın qalınlığı 15 santimetrə çatıb. Yollar buz bağladığından nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Gecə saat 02:00 radələrində isə elektrik naqillərinin birində baş verən nasazlıq rayonun Plastik yaşayış massivini işıqsız qoyub. Elektrik naqili bərpa edilərək yaşayış massivinə enerjinin verilişi bərpa olunsa da, sakinlər beş saat işıqsız qalıb.

Son xəbərlər

Orphus sistemi