Yuxarı
    Bağlamaq

    Qarlı havaya görə məhkəmə iclasları gecikmə ilə başlayıb, bəzi proseslər təxirə salınacaq

    Buzlu yollar Penitensiar Xidmətinin nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib

    Bakı. 1 fevral. REPORT.AZ/ Bakıya yağan qar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.

    “Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində və paytaxtın bir neçə rayon məhkəmələrində keçirilməli olan iclaslarda gecikmələr olub.

    Hava şəraiti ilə əlaqədar olaraq, təqsirləndirilən şəxslərin 1 saylı Bakı İstintaq Təcridxanası və 3 saylı İstintaq Təcridxanasından məhkəməyə aparılmasında müəyyən problemlər yaranıb. Belə ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saat 10:00 radələrinə təyin olunmuş "Rabitə işi" (Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi) 2 saat gecikib.

    Günün ikinci yarısında keçiriləcək proseslərin isə təxirə salınması gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi