Qarlı hava Şəmkir-Gədəbəy avtomobil yolunda qismən çətinliklər yaradıb

Qarlı hava Şəmkir-Gədəbəy avtomobil yolunda qismən çətinliklər yaradıb Gədəbəy rayonuna güclü qar yağıb, Şəmkir-Gədəbəy yolunun Slavyanka kənd ərazisində keçən hissəsində nəqliyyat vasitələrinin hərəkətində qismən çətinliklər yaranıb.
Hadisə
7 Fevral , 2023 19:30
Qarlı hava Şəmkir-Gədəbəy avtomobil yolunda qismən çətinliklər yaradıb

Gədəbəy rayonuna güclü qar yağıb, Şəmkir-Gədəbəy yolunun Slavyanka kənd ərazisində keçən hissəsində nəqliyyat vasitələrinin hərəkətində qismən çətinliklər yaranıb.

"Report"un Qərb bürosunun məlumatına görə, yol təsərrüfatı işçiləri ərazilərə səfərbər olunub və yolda növbəli şəkildə zəruri işlər görməyə başlayıblar.

Hazırda yolun sərt döngələri və buz bağlamış hissələri duz qarışıq qumlama işləri aparılır.

Qeyd edək ki, Qərb bölgəsinin digər dağlıq rayonlarında da qarlı hava şəraiti müşahidə olunur.

Son xəbərlər

Orphus sistemi