Qarlı hava Oğuzda nəqliyyatın işini çətinləşdirib

Qarlı hava Oğuzda nəqliyyatın işini çətinləşdirib Oğuz rayonunda yolları buz bağlayıb, avtomobillərin hərəkəti çətinləşib
Hadisə
24 Fevral , 2021 23:12
Qarlı hava Oğuzda nəqliyyatın işini çətinləşdirib

Oğuz rayonunda yolları buz bağlayıb, avtomobillərin hərəkəti çətinləşib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, qar Oğuzda nəqliyyat vasitələrinin işini çətinləşdirib.

Qarın yağmasından sonra temperatur mənfi 9 dərəcəyədək enib. Şəhər ərazisindəki əsas küçə və prospektlər buz bağlayıb. Küçələrdə qalan avtomobillər ətrafdakıların köməyi ilə yollardan çıxarılıb.

Hazırda qar yağmağa davam edir. Bu gecə temperaturun daha bir neçə dərəcə enəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi