Zərəçəkən: "Akif Çovdarov Kürdəmirdə yüz hektarlarla torpaq sahəsini ələ keçirərək balıqçılıq təsərrüfatı yaradıb" - YENİLƏNİB

Zərəçəkən: "Akif Çovdarov Kürdəmirdə yüz hektarlarla torpaq sahəsini ələ keçirərək balıqçılıq təsərrüfatı yaradıb" - YENİLƏNİB Proses fevralın 6-da davam etdiriləcək
Hadisə
1 Fevral , 2017 18:31
Zərəçəkən: Akif Çovdarov Kürdəmirdə yüz hektarlarla torpaq sahəsini ələ keçirərək balıqçılıq təsərrüfatı yaradıb - YENİLƏNİB

İlk xəbər saat 12:34-də verilib

Bakı. 1 fevral. REPORT.AZ/ Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası əvvəlcədən təyin edilən vaxtda baş tutmayıb.

Bu barədə “Report”a A.Çovdarovun vəkili Kamandar Nəsibov məlumat verib.

O bildirib ki, buna Bakıya yağan qar güclü qar və yolların buz bağlaması səbəb olub: "Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilməli olan proses saat 11:00-a təyin olunmuşdu. Bizə məhkəmədə dedilər ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin nəqliyyat vasitəsi ilə gətirilən müvəkkilim və təqsirləndirilən digər şəxslər 1 saylı Bakı İstintaq Təcridxanası və 3 saylı İstintaq Təcridxanasından yola çıxıblar. Lakin hava şəraitinə görə, proses gecikir. Hazırda məhkəmədə gözləyirik".

Prosesdə Kürdəmir Rayon Polis İdarəsinin sahə rəisi Kamran İmanovun qardaşı Şehman İmanov ifadə verib.

O bildirib ki, MTN generalı A.Çovdarov Kürdəmir rayonunda yüz hektarlarla torpaq sahəsini ələ keçirib və həmin ərazidə balıqçılıq təsərrüfatı yaradıb.

A.Çovdarovun vəkili Sadiq Rəsulov "Report"a açıqlamadında qeyd edib ki, cinayət işinin matreallarında göstərilib ki, Ş.İmanov "Xatirə" kafesini Sədyar Tağıyevə 55 min manata satıb.

Ş.İmanov istintaqa verdiyi ifadəsini təsdiq edib.

Daha sonra həmin epizod üzrə şahidlər dindirilib.

Proses fevralın 6-da davam etdiriləcək.

Qeyd edək ki, A.Çovdarov 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Xatırladaq ki, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Son xəbərlər

Orphus sistemi