Qarın yağması Bakı-Quba yolunda tıxac və qəzalara səbəb olub

Qarın yağması Bakı-Quba yolunda tıxac və qəzalara səbəb olub Yol sürüşkən olduğundan avtomobillərin hərəkətində çətinlik yaranıb
Hadisə
8 Dekabr , 2016 08:34
Qarın yağması Bakı-Quba yolunda tıxac və qəzalara səbəb olub

Bakı. 8 dekabr. REPORT.AZ/ Səhər saatlarında qarın yağması səbəbindən Bakı-Quba yolunun Sumqayıt şəhərindən paytaxta qədər olan hissəsində avtomobillərin hərəkətində sıxlıq yaranıb.

"Report" xəbər verir ki, yolun buz bağlaması nəticəsində "Saray postu" yaxınlığında "Nissan X-Trail" və "Mercedes" markalı avtomobillər sürüşərək bir-birinə dəyib və yol kənarındakı dəmir maneəyə çırpılıb. Qəza nəticəsində hər iki maşına ziyan dəyib.

Bir az irəlidə isə digər "Mercedes" markalı maşın sürüşərək dəmir maneəyə çırpılıb.

Son xəbərlər

Orphus sistemi