Yuxarı
    Bağlamaq

    Qardaşının həyat yoldaşını döyən qayın qardaşı tərəfindən bıçaqlanıb

    Gəlin və qayın xəstəxanaya yerləşdirilib

    Bakı. 9 may. REPORT.AZ/ Bakının Yasamal rayonu ərazisində iki qardaş arasında bıçaqlanma hadisəsi baş verib.

    "Report" xəbər verir ki, insident Ümid Əkbərov küçəsi, 123 A ünvanında qeydə alınıb.

    Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, 1976-ci il təvəllüdlü Musayev Rövşən Ağaqasım oğlu qardaşının həyat yoldaşı, 1976-ci il təvəllüdlü Musayeva Sevinc Əlisafa qızı ilə mübahisə edib və sonda onu döyüb. S.Musayeva müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hadisədən xəbər tutan S.Musayevanın əri (hələlik adı açıqlanmır) qardaşı R.Musayevə bir neçə bıçaq zərbəsi vurub. Ağır xəsarət alan R.Musayev xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi