Bakı. 19 yanvar. REPORT.AZ/ Bakıda qardaşını bıçaqlayaraq öldürən şəxs polisə təslim olub.
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, Sabunçu qəsəbəsində yaşayan Faiq Xəlilov evində ailə-məişət münaqişəsi zəminində qardaşı Malikə bıçaqla xəsarət yetirib və könüllü olaraq 12-ci Polis Bölməsinə gələrək təslim olub. Xəstəxanaya yerləşdirilən Malik Xəlilov orada ölüb.
Faktla bağlı araşdırma aparılır.