Bakı
"Report"un məlumatına görə, hakim Əhməd Quliyevin sədrlik etdiyi prosesdə hökm oxunub. Məhkəmə kollegiyasının hökmü ilə R.Məmmədov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə bu ilin yanvar ayında Abşeron rayonunda baş verib. Qobu qəsəbəsində yaşayan Əqidə Məmmədova qaynı R.Məmmədov tərəfindən qətlə yetirilib. Rafiq Məmmədov qardaşı Elçin Məmmədovun yaşadığı ünvana gəlib və aralarında olan mübahisə zəmnində qardaşı E.Məmmədovun arvadı Ə.Məmmədovanın baş nahiyəsinə küt alətlə xəsarət yetirib. O, aldığı xəsarətdən hadisə yerində ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.